“Rusiyanın Bolqarıstandakı səfirliyinin bağlanmasının mümkünlüyü məsələsinə Xarici İşlər Nazirliyi tərəfindən baxılacaq, lazım gələrsə, vəziyyət barədə prezidentə məlumat veriləcək”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Qeyd edək ki, Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanova Bolqarıstan hökumətinin onun 70 rusiyalı diplomatik işçinin ölkəyə qaytarılması tələbini yerinə yetirmədiyini, ona görə də Moskva qarşısında Rusiya diplomatik missiyasının bağlanması məsələsini qaldırmağa hazır olduğunu bildirmişdi.
Azpost.info