“Rusiya və Çin xalqları arasında dostluq münasibətləri davamlı olaraq möhkəmlənir”.
Azpost.info xəbər verir ki, bunu Çin sədri Si Cinpin bildirib.
“Hazırda Çin-Rusiya arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələr yüksək inkişaf səviyyəsini qoruyur. Müxtəlif sahələrdə mübadilə və əməkdaşlıq dərinləşməkdə davam edir. İki xalq arasında dostluq davamlı olaraq möhkəmlənir”, – Çin lideri deyib.
Onun fikrincə, Pekinlə Moskva arasında dostluğun böyük perspektivləri və böyük imkanları var. Cinpin həmçinin Rusiya-Çin Dostluq Cəmiyyətinin iki ölkə xalqları arasında əlaqələrin möhkəmlənməsində bundan sonra da mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Azpost.info