Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya ilə Çin nələri razılaşdırdı?

User 22 Mart 2023 - 22:24 (Last updated: 21 May 2025 - 20:15)
putin cin lder

Çin Prezidenti Si Tsinpin martın 22-də Rusiyaya üçgünlük səfərini yekunlaşdırıb. O, rusiyalı həmkarı Vladimir Putinlə Pekinlə Moskva arasında “strateji əməkdaşlığa” dair bir sıra sənədlər imzalayıb.

Sinin son dörd ildə Rusiyaya ilk səfəri Ukraynanın işğalı səbəbindən Moskvanın getdikcə dərinləşən beynəlxalq təcridi fonunda gerçəkləşib.

Putin Kremldəki danışıqları “uğurlu və konstruktiv” adlandırıb. Si isə deyib ki, imzaladıqları razılaşmalardan biri əlaqələri əməkdaşlığın “yeni erası”na aparır.

“Yeni eraya daxil olan strateji tərəfdaşlıq və ikitərəfli əlaqələrin dərinləşdirilməsi üzrə bəyanat imzaladıq”, – Si martın 21-də Putinlə danışıqlardan sonra deyib.

Bu iki avtoritar lider Rusiya ötən ilin fevralında Ukraynaya hücuma başlayandan bir neçə həftə öncə “limitsiz” tərəfdaşlıq niyyəti açıqlamışdılar.

Ukraynadakı müharibəyə gəlincə, Si Pekinin münaqişənin diplomatik tənzimlənməsinə dəstək verdiyini bildirib.

“BMT-nin prinsiplərini əsas götürür.. dinc nizamlamanı təşviq edirik. Biz daima sülh və dialoq tərəfdarıyıq”, – deyən Si Çinin Ukraynayla bağlı “neytral mövqe” tutduğunu bir daha dilə gətirib.

Qərb ölkələri Çinin sülh təklifini rədd ediblər. 12 bənddən ibarət bu sənəd deeskalasiyaya və Ukraynada atəşkəsə çağırır, ancaq Rusiyanın əsas tezislərini əks etdirir.

Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi  Sinin vasitəçilik səylərini rədd edərək deyib ki, Çinin müharibəylə bağlı mövqeyi qərəzsiz deyil.

Kirbinin sözlərinə görə, Si-Putin görüşünün heç bir nəticəsi müharibənin tezliklə bitəcəyinə dəlalət etmir. O deyib ki, görüş zamanı bir məsələ aydın görünüb – Putin Çindən öldürücü silahlar əldə etməyə ümid bəsləyir.

Putin “resurs çətinlikləri ilə üzləşib”, onları həll etməyə çalışır, Kirbi vurğulayıb.

Sözçü deyib ki, Birləşmiş Ştatların indiki məqamda atəşkəsə qarşı çıxmasının bir səbəbi də odur ki, atəşkəs Putinə resurs çatışmazlığını yoluna qoymaq üçün vaxt verər.

Çinin Rusiyaya öldürücü silahlar verməyə razılıq verdiyinə dəlil yoxdur. Bunu isə NATO-nun Baş katibi Yens Stoltenberq martın 21-də Brüsseldə deyib. Qərb ölkələri Çinə xəbərdarlıq ediblər ki, Rusiyaya öldürücü silahlar göndərsə, iqtisadi sanksiyalarla cəzalandırıla bilər.

Səfər zamanı Si Putinlə iki ölkə arasında ticari və iqtisadi əməkdaşlığın genişləndirilməsi, o cümlədən Çindən daha çox elektronika məhsullarının ixracı barədə danışıqlar apardığını deyib.

Putin isə qeyd edib ki, Çinə əlavə qaz ixracı razılaşdırılıb, iki ölkə yollar və körpülər çəkməklə nəqliyyat əlaqələrini genişləndirməyi planlaşdırırlar.

Post navigation

Previous: Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Next: Bu Novruzda əfv fərmanı niyə olmadı?

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.