“Rusiya və Çin zamanın və tarixin tendensiyalarını, eləcə də əksər ölkələrin maraqlarına tam cavab verən beynəlxalq münasibətlərin çoxqütblülüyünü və demokratikləşməsini birlikdə dəstəkləyir”.
Azpost.info xəbər verir ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Van İ Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Biz Rusiya tərəfi ilə birlikdə ölkələrimizin maraqlarının təmin edilməsində və bütün dünyanın inkişafında daha da böyük konstruktiv rol oynamağa, eləcə də ikitərəfli münasibətləri inkişaf etdirmək üçün siyasi qətiyyət nümayiş etdirməyə, siyasi qarşılıqlı etimadı dərinləşdirməyə, strateji əməkdaşlığı və hərtərəfli qarşılıqlı fəaliyyəti genişləndirməyə hazırıq”, – Van İ bildirib.
O, həmçinin Çin lideri Si Cinpinin salamlarını Vladimir Putinə çatdırıb.
Azpost.info