“Rusiya ilə sülh müqaviləsi bağlamaq perspektivlərini müzakirə etmək üçün heç bir şərait görmürük”.
Azpost.info xəbər verir ki, bunu Yaponiya Baş naziri Fumio Kişida bildirib.
Kişida parlamentdəki çıxışında qeyd edib ki, Yaponiya-Rusiya münasibətlərində vəziyyət son dərəcə çətin olaraq qalır.
“Bununla belə, biz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətindəki kursu qətiyyətlə davam etdirəcəyik”, – Baş nazir vurğulayıb.
Rusiya və Yaponiya İkinci Dünya Müharibəsinin nəticələrinə görə uzun illərdir Kuril adalarına sahibliyə dair sülh müqaviləsi bağlaya bilmirlər. Yaponiya tərəfi hesab edir ki, üç ada olan İturup, Şikotan, Kunaşir və Habomai adalar qrupu ona məxsusdur. Moskva bu əraziləri özünün ərazisi hesab edir və ərazi mübahisəsi faktını tanımır.
1956-cı ildə SSRİ və Yaponiya sülh müqaviləsi bağlandıqdan sonra SSRİ-nin Tokio Habomai və Şikotanı təhvil verəcəyini nəzərdə tutan birgə bəyannamə imzaladılar. Lakin sonrakı danışıqlar heç bir nəticə vermədi.
Sentyabrda Rusiya hökuməti Tokio ilə imzalanan və Yaponiya vətəndaşlarının – bu adaların keçmiş sakinlərinin Kuril adalarına səfərinin sadələşdirilmiş prosedurunu nəzərdə tutan sazişdən çıxdı.
Azpost.info