Zelenski sülh formulu üçün birinci təsis sammitinin çağırılmasını təklif edib

“Nəzəri cəhətdən müharibənin bitməsi üçün Rusiya ilə danışıqlar barədə düşünmürəm”. 

Azpost.info bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Biz konkret addımlar atırıq. Ukrayna G20 sammitində sülh formulu ilə bağlı təşəbbüsünü irəli sürüb”-deyə prezidentin sözlərinə görə, sülh formulunda Ukraynanın müharibənin necə bitməsi əksini tapıb.

“Biz addımlar təklif etimişik. Bu gün bu sülh formulunun icra olunmasında maraq və dəstək görürürk”-deyə Zelenski bildirib.

“Biz növbəti addım kimi birinci təsis sammitinə mümkün qədər daha çox dövlətlərin cəlb olunmasını görürürük. İstərdim ki, o nəticəsi olsun. Mən bizim komanda və tərəfdaşlarımızla ilə birgə çalışıram ki, burada təkcə bizim strateji tərəfdaşlarımız olmasın. Müxtəlif qitələrdən təmsiçilər olsun”-deyə dövlət başçısı vurğulayıb.

Zelenski deyib ki, sülh formuluna Latın Amerikası, Afrika, Çin və Hindistanın cəlb edilməsini istəyir.

 

Əvvəlki məqalə

Araz Ağalarov Bakıdakı şirkətindən “Crocus” adını götürüb

Sonrakı məqalə

“G7 yeni regionların Rusiyaya daxil olmasını heç vaxt tanımayacaq”