Rusiyalı aparıcı Solovyovun İtaliyadakı villasına həbs qoyuldu

İtaliyanın Maliyyə Qvardiyası rusiyalı oliqarx Alişer Usmanov və rus teleaparıcı Vladimir Solovyovun əmlakına həbs qoyub.

Azpost.info xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb. Qəzetin məlumatına görə, söhbət, Solovyovun “Komo” gölündəki iki villasından, eləcə də Usmanovun Sardiniyadakı malikanəsindən gedir. İtaliya xarici işlər naziri Luici Di Maio dövlət televiziyasına müsahibəsində rus oliqarxların əmlaklarının müsadirəsinə başladıqlarını bildirib.

Qeyd edək ki, hər iki şəxsin adı Avropa İttifaqının sanksiya siyahısına düşüb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya ilə danışıqlarda iştirak etmiş Ukrayna nümayəndəsi öldürüldü –

Sonrakı məqalə

“Ölkələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinə qarşıyıq” –