“Rusiya ilə münaqişəyə girmək bizim həddimiz deyil” –PAŞİNYAN

Ermənistan  Rusiya ilə münaqişəyə girməyəcək.

Azpost.info bildirir ki, bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu, nə məqsədlərinə, nə də dövlət kimi respublikanın miqyasına uyğundur.

“Biz Rusiya ilə münaqişəyə girməyəcəyik. Birincisi, ona görə ki, Rusiya ilə münaqişəyə getmək bizim miqyasımız və həddimiz  deyil”, – deyə Paşinyan bildirib.

O, həmçinin xatırladıb ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvüdür. Eyni zamanda, baş nazir rəqiblərini ucuz təxribatlarda ittiham edib. Onun fikrincə, bu təxribatlar Ermənistanı Rusiyaya qarşı qoymağa yönəlib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.