“Rusiya ilə genişmiqyaslı müharibə aparmağa hazırlaşırıq” –
“Rusiya ilə genişmiqyaslı iqtisadi müharibə aparmağa hazırlaşırıq”.
Azpost.info xəbər verir ki, bunu Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yerli BFMTV telekanalına müsahibəsində deyib. Nazir bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı iqtisadi və maliyyə savaşı, o cümlədən tətbiq olunan sanksiyalar rejimin ürəyinə zərbə vuracaq: “Biz artıq bunun effektini görürük. Putinin hərbi büdcəsi demək olar ki, yox dərəcəsinə enib. Biz Rusiya iqtisadiyyatının çökməsinə səbəb olacağıq”.
“Rusiya xalqı da bunun hesabını ödəyəcək”, – Bruno Le Maire əlavə edib.
Azpost.info
