Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrel Cənubi Afrikanı beynəlxalq asayişi qorumaq və Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə münasibətlərdən istifadə etməyə çağırıb.
Azpost.info xəbər verir ki, Borrel bu barədə bu gün Aİ-Cənubi Afrika nazirlərinin dialoqunun 15-ci iclasından sonra bildirib.
“Cənubi Afrika Ukraynadakı münaqişəyə son qoymağa kömək etmək üçün Rusiya ilə münasibətlərindən istifadə etməlidir. Biz tərəf seçməyə deyil, BMT Nizamnaməsinin tərəfində qalmağa və beynəlxalq asayişi qorumağa çağırırıq”, – Borrel deyib.
Azpost.info
