“Rusiya iqtisadiyyatı dağılmayana qədər dincəlməyəcəyik” –
“Rusiya iqtisadiyyatı dağılmayana, Ukraynanın suverenliyi və ərazi bütövlüyü bərpa olunmayana qədər London dincəlməyəcək”.
Azpost.info xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Liz Tras deyib. O bildirib ki, Ukraynada hərbi əməliyyatlara başladığına görə Britaniya Rusiya iqtisadiyyatının məhvinə nail olmaq niyyətindədir. XİN rəhbəri Kiyevi iqtisadi, siyasi və müdafiə baxımından dəstəkləməyə davam edəcəklərini vurğulayıb.
Azpost.info
