Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya iqtisadiyyatı təhlükəli mərhələyə daxil olur

User 18 İyul 2026 - 13:40 (Last updated: 18 İyul 2026 - 12:46)
putin

Rusiya iqtisadiyyatı artıq təkcə Ukraynanın neft emalı sektoruna endirdiyi zərbələrin nəticələrini deyil, daha dərin struktur problemlərini hiss etməyə başlayıb. Analitiklər hesab edirlər ki, ölkə iqtisadiyyatı yeni və daha təhlükəli böhran mərhələsinə qədəm qoyur.

Azpost.info xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni analitik hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, böhranın əsas səbəbləri dövlət büdcəsinin sürətlə hərbiləşdirilməsi və ölkənin daxili maliyyə ehtiyatlarının tükənməsidir.

İqtisadi problemlərin ilk ciddi əlamətlərindən biri Moskva Birjasında yaşanan kəskin eniş olub. İyulun 16-da birjanın əsas indeksi bir gündə 4 faizdən çox ucuzlaşıb ki, bu da son dörd ilin ən zəif göstəricisi hesab olunur. Səhmlərin dəyərinin aşağı düşməsi növbəti gün də davam edib.

Eyni zamanda, Rusiyanın iri dövlət bankı olan VTB-nin səhmləri də tarixi minimuma enib. Ticarət sessiyası ərzində bankın səhmləri daha 6 faiz dəyər itirib.

Analitiklərin fikrincə, iqtisadiyyatdakı problemlər yalnız fond bazarında deyil, real sektorda da özünü göstərir. Rusiya Mərkəzi Bankının hesabladığı biznes mühiti indeksi 2022-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə düşüb. Bu isə biznes dairələrinin iqtisadi perspektivlərə inamını itirdiyini və uzunmüddətli tənəzzül gözləntilərinin artdığını göstərir.

ISW ekspertləri Rusiya iqtisadiyyatını zəiflədən əsas amilləri belə sıralayırlar:

rekord həcmdə hərbi xərclərin mülki iqtisadiyyatın hesabına maliyyələşdirilməsi;

yüksək inflyasiya və dövlət ehtiyat fondlarının likvid hissəsinin sürətlə azalması;

səfərbərlik və cəbhəyə genişmiqyaslı cəlbetmə nəticəsində əmək bazarında kadr çatışmazlığının dərinləşməsi;

özəl biznes üzərində dövlət nəzarətinin və tənzimləmələrin sərtləşdirilməsi.

Hesabatda vurğulanır ki, Kremlin beynəlxalq internet resurslarına çıxışı məhdudlaşdırmaq və senzuranı gücləndirmək siyasəti də iqtisadi fəallığa mənfi təsir göstərir, şirkətlərin fəaliyyətini çətinləşdirir.

ISW bildirir ki, artan maliyyə problemləri artıq ölkədaxili siyasi vəziyyətə də təsir göstərməyə başlayıb. Kremlin mövqeyinə yaxın hesab olunan İctimai Rəy Fondu (FOM) və dövlətə məxsus VTsİOM sorğu mərkəzlərinin məlumatına görə, hakimiyyətə dəstək göstəricilərində azalma müşahidə olunur.

Məlumata əsasən, Vladimir Putinin fəaliyyətini bəyənənlərin payı bir neçə gün ərzində 5 faiz bəndi azalaraq 66 faizə enib.

ISW ekspertləri qeyd edirlər ki, Rusiyada aparılan rəsmi sosioloji sorğuların nəticələrinə ehtiyatla yanaşmaq lazımdır. Bununla belə, belə göstəricilərin rəsmi şəkildə açıqlanması belə, uzunmüddətli müharibənin və artan büdcə yükünün ölkə vətəndaşları üçün getdikcə daha ağır sosial-iqtisadi nəticələr yaratdığını göstərir.

AzPost.az

Post navigation

Previous: OLED televizor qızırsa narahat olmayın –
Next: İsti havada niyə tez yoruluruq?

Oxşar xəbərlər

tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34

xƏBƏR

tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
ABŞ prezidenti Donald Tramp şənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə İranla danışıqlar və hərbi əməliyyatların...
Read more about Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.