“Rusiya iqtisadiyyatının bərpa mərhələsi başa çatıb”- PUTİN

“Rusiya sanksiya təzyiqinə tab gətirdi”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin 2024-cü il üçün federal büdcənin formalaşdırılması ilə bağlı iclasda deyib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının bərpa mərhələsi başa çatıb.

“Rusiya iqtisadiyyatının bərpa mərhələsi başa çatıb, ölkə sanksiya təzyiqinə tab gətirdi. Mövcud iqtisadi vəziyyət sabit və balanslıdır. Bir sıra əsas göstəricilər üzrə vəziyyət əvvəlki təxminlərdən və proqnozlardan xeyli yaxşıdır. Xatırladım ki, hələ aprel ayında cari il üçün ÜDM artımının 1,2 faiz olacağı gözlənilirdi. Əslində, biz artıq bu səviyyəni keçmişik”, – Putin bildirib.

Azpost.info

Əvvəlki məqalə

Axtarışda olan “Azərpoçt”un sabiq şöbə müdiri Rusiyadan Azərbaycana gətirilib

Sonrakı məqalə

Bakı Xankəndindəki qondarma rejimin ləğvini və tərksilah olunmasını tələb edir –