Rusiya İran dronları ilə Ukrayna şəhərlərinə hücum edib

Rusiya Silahlı Qüvvələri Ukraynanın Vinnitsa vilayətindəki Ladıjin İES-ə “Shahed-136” dronları ilə hücum edib.

UNİAN-ın məlumatına görə, bu barədə Vinnitsa administrasiyasının başçısı Serqey Borzov deyib.

Stansiyanın fəaliyyəti dayanmadığı deyilir: “Bu gün 2 ədəd “Shahed-136” dronu ilə hücum olunub, lakin İES-nin bütün bölmələri işləyir”.

Xatırladaq ki, bu gün səhər saatlarında Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri Odessa vilayəti üzərində 3 ədəd “Shahed-136” dron-kamikadze vurub. O cümlədən, Nikolayev vilayəti üzərində də 5 ədəd “Shahed-136” vurulub.

Əvvəlki məqalə

Prezidenti İlham Əliyev Qırğızıstana rəsmi səfərə gedir

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri