İyunun 21-nə keçən gecə Rusiya İranın “Shahed” PUA-ları ilə Ukraynaya hücum edib.
Azpost.info bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahının səhər hesabatında verdiyi məlumata görə, son sutka ərzində ruslar İrana məxsus 33 “Şahed” tipli zərbə PUA ilə Ukrayna ərazisinə zərbələr endirib.
“Hava Hücumundan Müdafiə qüvvələri və vasitələri 30 “Shahed” tipli zərbə PUA-nı məhv edib”, – deyə məlumatda deyilir.
Bu terror aktının nəticələri ilə bağlı məlumatlar hələ də dəqiqləşdirilir.
Bundan əlavə, Rusiya Zaporojyedəki mülki infrastruktur obyektlərinə S-300 raketi ilə 7 və yerüstü “İsgəndər-M” qanadlı raketi ilə 1 zərbə endirib.
Həmçinin Ukrayna ordusunun mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 83 hava zərbəsi endirib. “Ukraynanın bütün ərazisində raket və hava zərbələrinin endirilməsi ehtimalı çox yüksək olaraq qalır”, – Baş Qərargah xəbərdarlıq edib.
Azpost.info