“Rusiya islamçı terrorçuların hücumlarının hədəfi ola bilməz. “Krokus Siti” konsert zalına hücumun məqsədi ölkədə birliyi pozmaqdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“İstintaqın verdiyi məlumata əsasən, Moskvada qanlı, dəhşətli terror aktını sifariş edənlərin əsas məqsədinin məhz bizim birliyimizi pozmaq olduğuna inanmaq üçün bütün əsaslarımız var. Görünən başqa məqsədlər yoxdur, çünki Rusiya islam fundamentalistlərinin terror hücumlarının hədəfi ola bilməz”, – Putin bildirib.
Onun sözlərinə görə, Rusiya dinlərarası və millətlərarası birliyin unikal nümunəsini nümayiş etdirir: “Rusiya cəmiyyətinin birliyini pozmaq məqsədi, xüsusən də müasir şəraitdə, göz qabağındadır”.
Azpost.info