Rusiya Jurnalistlər ittifaqı Kəlbəcərdə həlak olan jurnalistlərlə bağlı başsağlığı verib

Rusiya Jurnalistlər İttifaqı Kəlbəcər rayonunda ermənilərin basdırdığı minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərlə bağlı başsağlığı verib.

Rusiya Jurnalistlər Ittifaqının saytına istinadən verdiyi məlumata görə, başsağlığında deyilir:

“Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalist həlak olub. Partlayışın qurbanları bizim həmkarlarımız olub – telekanal operatoru Sirac Abışov və AzərTac informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov.

Rusiya Jurnalistlər Ittifaqı həlak olanların doğmalarına və yaxınlarına, həmkarlarına səmimi başsağlığını verir”. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir