Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya Kiyevə PUA zərbələri endirib, ölənlər var –

User 28 Avqust 2025 - 12:56 (Last updated: 28 Avqust 2025 - 12:56)
kiyev zerbe

Kiyev bu gecə Rusiya tərəfindən PUA hucumuna məruz qalıb.

AzPost bildirir ki, DİN Kiyevdə gecə hucumunda artıq 13 qurbanın olduğunu elan edib. Nazirin sözlərinə görə, Darnitski rayonunda yaşayış binasına hücum nəticəsində 12, Şevçenkivskidə isə daha 1 nəfər həlak olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onların arasında  2 yaşlı qız, 14 yaşlı oğlan və 17 yaşlı qız olmaqla üç uşaq olduğunu da təsdiqləyiblər

Dövlət Fövqəladə Hallar Xidməti bildirir ki, Rusiyanın gecə hücumu nəticəsində Kiyevin 8 rayonu, ən çox isə Darnitski və Dneprovski rayonlarına ziyan dəyib. Beş yerdə fövqəladə xilasetmə əməliyyatları davam edir.

Kiyevin meri Kliçko bildirib ki, sabah paytaxtda həlak olanlar üçün bir günlük matəm elan olunacaq.

Hucum zamanı Avropa İttifaqının Ukraynadakı missiyasının binası zədələnib.Bu barədə xarici işlər naziri Andriy Sibiqa məlumat verib və deyib ki, hücum Vyana Konvensiyasının birbaşa pozulmasıdır.

Kiyevdə Aİ missiyasının binası ilə yanaşı, British Council ofisi də zədələnib. Departamentdən bildirilib ki, dəyən ziyan böyükdür, ona görə də ofis növbəti xəbərdarlığa qədər bağlı olacaq.

Clash Report “Goran-3” PUA-larının  komponentlərinin fotolarını dərc edib.

Qeyd olunur ki, bu dronun yanacaq sistemində adətən mülki avtomobillərdə istifadə olunan Almaniyanın Bosch 0-580 yanacaq nasosu tapılıb. Həmçinin Çexiyada PBS Velká Bíteš tərəfindən istehsal olunan PBS TJ40-G2 mühərriki ilə təchiz olunub. Çin mənşəli SW400 pro mühərrikləri də istifadə olunur.

AzPost.az

Post navigation

Previous: Ukrayna Rusiyanın neft emalı zavodlarını vurdu-
Next: İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Oxşar xəbərlər

ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.