Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya Kiyevə raket zərbəsi endirib –

User 26 İyun 2022 - 11:27 (Last updated: 21 May 2025 - 20:15)
kiyev raket

Ukrayna paytaxtı Kiyev şəhərinin Şevçenko rayonunu Rusiya ordusunun atəşə tutub, ilkin məlumatlara görə, zərərşəkənlər var.

Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu gün saat 06:29-da 9 mərtəbəli binada yanğın baş verməsi barədə xilasedicilərə xəbər daxil olub. Dərhal hadisə yerinə ən yaxın yanğınsöndürmə və xilasedicilər gəlib. Müəyyən edilib ki, Rusiya ordusunun atəşə tutması nəticəsində 9 mərtəbəli yaşayış binasında yanğın baş verib, 7, 8 və 9-cu mərtəbələri qismən dağılıb. Yanğın sahəsi 300 kv. m. əhatə edib.

Rusiya ordusunun Kiyevə hücumları nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Kiyevin meri Vitali Kliçko Telegram səhifəsində məlumat verib.

Məlumata görə, raketinin düşdüyü evin dağıntıları altında insanlar qalıb.

O bildirib ki, xilasedicilər və həkimlər hadisə yerində işlərini davam etdirirlər. Artıq xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti qənaətbəxşdir.

“Dostlar! Raketin düşdüyü Şevçenkovski rayonunda yaşayış binasında axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında insanlar var. Sakinlərdən bəziləri təxliyə edilib, iki zərərçəkən xəstəxanaya yerləşdirilib” deyə Kliçko bildirib.

O əlavə edib ki, xilasedicilər bir uşağı dağıntılar altından çıxara biliblər:

“Şevçenko rayonunda yaşayış binasının dağıntıları altından yeddi yaşlı qız çıxarılıb. O, sağdır. Hazırda anası xilas edilir”.

Post navigation

Previous: “Qurdlar vadisi” serialının məşhur aktyoru vəfat edib
Next: Sürücü piyadanı vurub öldürdü –

Oxşar xəbərlər

iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08

xƏBƏR

ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. Qonaq,...
Read more about İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir neft kemer
  • İqtisadiyyat

Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir

User 23 Oktyabr 2026 - 10:48
İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək? iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.