Rusiya koronavirusun müalicəsi üçün preparat hazırladığını bəyan edib

28 Mart 2020 - 18:10

Rusiyanın Federal tibbi-bioloji Agentliyinin “Farmzaşita” elmi-istehsalat birliyi koronavirus infeksiyasının müalicə sxemini hazırladığını elan edib.

Azpost.info TASS-a istinadən bildirir ki, Mərkəz bunu malariya əleyhinə olan “Mefloxin” preparatının əsasında  hazırladığını bildirib.

Pereparat hüceyrədə koronavirus effektini bloklayır və təkrarlanmasına mane olur”-deyə Agentliyin rəhbəri Veronika Skovartsova bildirib.

O bildirib ki, sintetik pensillinin və antibiotiklərin əlavə edilməsi virus sindromunun ikinci dəfə formalaşmasını əngəlləyir, ciyərlərdə və qanda virus əleyhinə konsentrasiyanı artırır. Svorotsovanın sözlərinə görə, bu pasiyentlərin koronavirusdan müailcəsinin effektivliyini təmin edəcək.