“Rusiya tanınmamış Kosovo ətrafında yaranmış vəziyyətdə Serbiyanı dəstəkləyir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, biz Serbiyanı tamamilə dəstəkləyirik. Kosovo serblərinin yanındayıq. Hesab edirik ki, Kosovonun tələbləri tamamilə əsassızdır”, – Peskov bildirib.
O əlavə edib ki, Kosovonun müstəqilliyini tanıyan Qərb ölkələri regionun hakimiyyət orqanlarını düşünülməmiş addımlara qarşı xəbərdar etməlidir.
Peskovun sözlərinə görə, Rusiya serblərin bütün hüquqlarına hörmət edilməsini tələb edir.
Azpost.info
