Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Luqansk ərazisinin Rusiya ordusu tutulmasının başa çatdığını elan edib.
“Hazırda Birləşmiş Qüvvələr Qrupunun birləşmələrinin və hərbi hissələrinin hücumu bütün istiqamətlərdə aparılır”, – deyə Gerasimov “Cənub” ümumqoşun birləşməsinin komandanlıq məntəqəsindəki çıxışında bildirib.
O deyib ki, birləşmiş qüvvələr Slovyansk və Kramatorsk istiqamətində fəal şəkildə irəliləyir və bu şəhərlərin şərq kənarlarına müvafiq olaraq 12 və 7 kilometr yaxınlaşıblar.
Təqdim olunan məlumatlara görə, 2026-cı ilin yanvar ayından bəri təxminən 80 yaşayış məntəqəsi də daxil olmaqla 1700 kvadrat kilometrdən çox ərazi Rusiya qoşunlarının nəzarəti altına keçib.