“Biz bu cür bəyanatları yalnız o halda qəbul etməyə hazırıq ki, orada Ukraynanın 2014-cü ildən bəri Donbasda mülki obyektlərə və yaşayış məntəqələrinə artilleriya zərbələri pislənsin”.
Azpost.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronun “Ukraynaya zərbələr endirənlər buna görə cavab verməlidirlər” bəyanatını tənqid edib.
Peskov qeyd edib ki, Rusiya Donbasda baş verənlərlə bağlı Fransa rəhbərliyindən bir dəfə də olsun qınaq eşitməyib.
Azpost.info