Rusların əmlakı haqqında onların xəbəri olmadan məlumat alınacaq

Rusiya hakimiyyəti “Rosfinmonitorinq”ə rusların əmlakı haqqında məlumatlara  çıxışı təmin edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya”ya komissiyaya yaxın mənbə bildirib.

Prosedur əmlak sahiblərinin xəbəri olmadan həyata keçiriləcək.

Məlumata görə, “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” qanuna müvafiq dəyişikliklər sentyabrın 10-da qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası tərəfindən təsdiqlənib.

“Rosfinmonitorinq” qeyd edib ki, rusların daşınmaz əmlakı haqqında məlumat təkcə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı deyil, müxtəlif cinayətlər üzrə əməliyyat-istintaq fəaliyyəti üçün tələb oluna bilər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.