Rusiyada azərbaycanlını qətlə yetirən “Restrukt” milliyyətçi hərəkatının lideri, “Tesak” ləqəbli Maksim Martsinkeviç Çelyabinskdəki istintaq təcridxanasında ölü tapılıb.
APA-nın Rusiya bürosunun məlumatına görə, onun intihar etdiyi bildirilib.
Qeyd edək ki, “Tesak” 2018-ci ilin dekabrında cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun liderlik etdiyi təşkilat “narkotacirlərlə mübarizə” adı altında qeyri-rus millətindən olan şəxslərə hücumlar təşkil edib. Milliyyətçi “Restrukt”un qurbanlarından biri də Azərbaycan vətəndaşı Zaur Alışov olub. Bu təşkilata daxil olan bir qrup milliyyətçi quldur 2017-ci ildə həmyerlimiz Zaur Alışova hücum edərək onu vəhşicəsinə döyüb qətlə yetiriblər.
Bundan başqa “Tesak”ın dəstəsi qeyri-rus millətindən olan şəxsləri döyərək videoya çəkib internetdə yayıblar.