Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya Moldovadakı seçkiləri qeyri-demokratik adlandırıb

User 04 Noyabr 2024 - 22:58 (Last updated: 21 May 2025 - 20:15)
rus xin

Moldovada seçkilər tarixin ən qeyri-demokratik seçkiləri olub.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı şərhində bildirib.

Onun sözlərinə görə, bu, Moldova müstəqilliyinin bütün illərində mübaliğəsiz ən qeyri-demokratik seçki kampaniyası olub.

Zaxarova qeyd edib ki, Moldova hakimiyyəti seçkilərdə çoxsaylı saxtakarlıqlara yol verib: “Hakimiyyət tərəfindən müxalifətə və müstəqil mediaya, xüsusən də rusdilli mediaya qarşı misli görünməmiş repressiyalar həyata keçirilib. Qərb ölkələrinin seçki prosesinə aşkar müdaxiləsi olub. Hakimiyyət orqanları tərəfindən inzibati resurslardan geniş miqyasda istifadə olunub.

Rəsmi Kişinyovun Rusiyada yaşayan moldovalı seçicilərə qarşı ayrı-seçkiliyi xüsusi qeyd edilməlidir. Ölkəmizdə sayı müxtəlif hesablamalara görə 500 min nəfərə çatan Moldova diasporu üçün birinci turda olduğu kimi cəmi iki seçki məntəqəsi açılıb. Müqayisə üçün: 500 minə yaxın moldovanın da yaşadığı Qərbi Avropa və Şimali Amerikada 200-dən çox seçki məntəqəsi yaradılıb və bir sıra ölkələrdə Moldova vətəndaşlarına poçt vasitəsilə səs verməyə icazə verilib”.

Rusiya XİN rəsmisi vurğulayıb ki, Maia Sandunun seçkilərdə qələbəsi Qərb ölkələrindəki diasporaların səsləri ilə təmin edilib.

Zaxarova əlavə edib ki, Moldova hakimiyyəti Rusiya Federasiyası ilə əlaqələri dəstəkləyən vətəndaşların maraqlarını nəzərə almalıdır.

Post navigation

Previous: Mozambikdə saxtakarlığa qarşı etiraz aksiyasında qarşıdurma olub
Next: “Bakı və İrəvana sülh sazişi üçün platforma təqdim etmişik” –

Oxşar xəbərlər

tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27

xƏBƏR

jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO

User 01 Noyabr 2026 - 11:32
APA TV-nin əməkdaşı Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən hücuma məruz...
Read more about Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.