Rusiyada keçirilən növbəti prezident seçkilərində 129 ölkədən 1115 xarici müşahidəçi işləyir.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova məlumat verib.
O, həmçinin bildirib ki, ötən gün ərzində MSK-nın saytına 12 600 təhlükəli müdaxilə və dörd DDoS-hücum qeydə alınıb.
Pamfilovanın sözlərinə görə, distant elektron səsvermə resurslarına 280 minə yaxın haker hücumunun qarşısı alınıb.