Rusiya münaqişə başlayandan 600 milyard dollar gəlir əldə edib?- Putindən maraqlı AÇIQLAMA

“Bu gün Rusiya artıq qızıl-valyuta ehtiyatlarının dondurulmuş olduğu məbləğdən iki dəfə çox gəlir əldə edib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.

Eyni zamanda, o qeyd edib ki, məsələ hətta bunda da deyil. Söhbət məhdudiyyətlər tətbiq edən Qərb ölkələrinə inamdan gedir.

“Bəli, biz artıq iki dəfə çox qazanmışıq! Söhbət bu 300 milyarddan getmir, bunu edənlərə inamın sarsılmasından gedir. Onlar özlərinə olan inamı məhv edirlər”, – Putin deyib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Ordusunun Naxçıvandakı mövqeləri atəşə tutulub

Sonrakı məqalə

Ceyhun Bayramov BQXK prezidenti ilə görüşüb