“Belə hadisələrdən sonra Rusiya həmişə daha da güclənib”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vaqner”in qiyam cəhdindən danışarkən bildirib.
“Rusiya həmişə hər hansı çətinlikdən daha güclü çıxıb və bu dəfə də belə olacaq”, – Lavrov deyib.
O əlavə edib ki, Rusiya nəyisə izah etməyə, heç bir təminat verməyə borclu deyil: “Ölkə rəhbərliyi şəffaf fəaliyyət göstərir. Əgər Qərbdə kiminsə şübhəsi varsa, deməli bu, onların problemidir”.
Azpost.info