Rusiya nefti, benzini və dizeli Aİ-nin sanksiyaları altına düşdü- Tavan qiymətlər təsdiqləndi

Avropa İttifaqı Şurası G7 ölkələri ilə birlikdə Rusiya neft məhsulları üçün tavan qiymətlərini təsdiqləyib.

Azpost.info xəbər verir ki, beləliklə, dəniz tankerlərində daşınan “premium məhsulların” (dizel yanacağı, kerosin və benzin) maksimum dəyəri 100 dollar təşkil edəcək. Endirimli neft məhsulları (mazut və s.) 45 dollara qədər olacaq.

Sanksiyalar fevralın 5-dən qüvvəyə minəcək.

“Bu gün biz Rusiya neft məhsullarına əlavə qiymət məhdudiyyətləri tətbiq etməklə təzyiqi daha da gücləndiririk. Bu, G7 tərəfdaşlarımızla razılaşdırılıb və Putinin resurslarını daha da sarsıdacaq”, – Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

Komissiyanın bəyanatında həmçinin qeyd olunub ki, yeni sanksiyalar Rusiyanın qazanc əldə etməsinə mane olacaq və qlobal enerji bazarlarını sabitləşdirməyə kömək edəcək.

Azpost.info

Əvvəlki məqalə

Bakıda “Range Rover”lə “Opel” toqquşdü, polis yaralandı

Sonrakı məqalə

Azərbaycanda daha 22 nəfər COVID-19-a yoluxub