Rusiya nefti sürətlə dəyər itirir- Nazirlik etiraf etdi, rəqəmləri açıqladı

2022-ci il dekabrın ortalarından 2023-cü il yanvarın 14-dək Rusiyanın “Urals” neftinin orta qiyməti bir barel üçün 46,82 dollar və ya bir ton üçün 341,8 dollar olub.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Hesablamalara görə, bu, bir ay əvvəl qiymətin 57,49 dollar olduğu vaxtdan 18,5 faiz azdır.

“Maliyyə Nazirliyinin hesablamalarına görə, Rusiyada neftin ixrac rüsumu 2023-cü il fevralın 1-dən 3,9 dollar azalaraq bir ton üçün 16,7 dollardan 12,8 dollara enəcək. Açıq rəngli neft məhsulları və yağlar üçün gömrük rüsumu da bir ton üçün 5 dollardan 3,8 dollara, tünd rəngli neft üçün 16,7 dollardan 12,8 dollara endiriləcək. Kommersiya benzininin ixracı üçün rüsum 3,8 dollara enəcək. Mayeləşdirilmiş qaza görə rüsum bir ton üçün 21 dollar, təmiz fraksiyalar üzrə 18,9 dollar, koksa görə 0,8 dollar təşkil edəcək”, – məlumatda deyilir.

Bir neçə gün əvvəl “Bloomberg” yazmışdı ki, Rusiyanın “Urals” nefti yanvarın 6-da bir barel üçün 38 dollardan aşağı qiymətə satılır. Bu da bazar qiymətindən iki dəfə ucuz deməkdir.

Azpost.info

 

Əvvəlki məqalə

“Vəzifə üçün müraciət edənlərin sayı azalıb”

Sonrakı məqalə

Polis Akademiyasının kursantı xəstəlikdən ölüb