“Rusiya nüvə silahından istifadəni qəbuledilməz sayır”- PESKOV

“Rusiya nüvə silahından istifadəni qəbuledilməz hesab edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz bu məsələləri qəbuledilməz hesab edirik. Əgər fikir vermisinizsə, Rusiya tərəfdən heç kim bu mövzu haqqında danışmır və mübahisə etmir”, – Peskov qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü açıqlamasında Ankarada keçirilən görüşdə Rusiya və ABŞ nümayəndələrinin nüvə silahından istifadə etməkdən çəkinmək barədə razılığa gəldiyini bildirmişdi.

Azpost.info

Əvvəlki məqalə

Prezident Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisini qəbul edib –

Sonrakı məqalə

“Moskvanın göndərdiyi Vardanyanla yox, Qarabağ erməniləri ilə danışmağa hazırıq” –