Rusiya Nüvə Sınaqlarının Qadağası Müqaviləsindən çıxmağa hazırlaşır- AÇIQLAMA

Rusiya Duması növbəti iclasında Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilənin ratifikasiyasının geri götürülməsini müzakirə edəcək.

Azpost.info xəbər verir ki, Dumanın sədri Vyaçeslav Volodin bildirib.

“Bu, dövlətimizin milli maraqlarına uyğundur. Bu, hələ müqaviləni ratifikasiya etməyən ABŞ-a cavab olacaq”, – Volodin deyib.

Onun sözlərinə görə, dünyada vəziyyət dəyişib, Vaşinqton və Brüssel Rusiyaya qarşı müharibəyə başlayıb.

“Bu günün çağırışları yeni həll yolları tələb edir”, Volodin qeyd edib.

O, həmçinin nüvə hərəkəti sisteminə malik qlobal mənzilli “Burevestnik” qanadlı raketinin uğurla sınaqdan keçirilməsini və “Sarmat” superağır raketi üzərində işlərin başa çatdırılmasını xatırladıb.

Azpost.info

Əvvəlki məqalə

Milli Məclisin Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanatını hazırlamaq üçün komissiya yaradılıb

Sonrakı məqalə

Antiterror tədbirlərində yaralanan polis şəhid olub