Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rus ordusunda saqqal davası

User 23 Yanvar 2023 - 13:29 (Last updated: 21 May 2025 - 20:15)
82f6790ad116e3ed73b475078d7afadc

“Vaqner”in qurucusu, Putinin yaxın dostu Yevgeni Priqojin Rusiya ordusunun əsgərləri arasında saqqal saxlayanlara qarşı çıxan generalları “təlxək” adlandırıb.

Azpost.info xəbər verir ki, Priqojin bu məsələdə Çeçenistan lideri Ramzan Kadırovla həmrəy olduğunu bildirib.

”Bir dəstə təlxək ağır hərbi zəhmətdən yorulmuş döyüşçülərə saqqalı neçə dəfə qırxmaq lazım olduğunu öyrətməyə çalışır. Ramzan Axmatoviçin tənqidləri ilə razıyam”, – Priqojin bildirib. Onun fikrincə, Rusiya ordusunun qlamurlaşmasının tərəfdarı olanların hamısı 50 ilədək həbs cəzasına məhkum edilməlidir.

Qeyd edək ki, general-leytenant Viktor Sobolev rus əsgərlərinin saqqal saxlamalarına qarşı çıxıb. O, təraşın əsgərlər üçün hərbi nizam-intizamın əsas tələbi olduğunu deyib. Ramzan Kadırov Sobolevi tənqid edərək Rusiya Dumasının spikeri Vyaçeslav Volodindən onu cəbhə xəttinə göndərməyi xahiş edib. Kadırov qeyd edib ki, bəzi əsgərlər üçün saqqal dini həyat tərzinin bir hissəsidir.

General-leytenant daha sonra aydınlıq gətirib ki, o, orduda əsgərlərin saqqal saxlamasının deyil, hərbçilərin səliqəsizliyinin əleyhinədir. Onun sözlərini general-polkovnik Viktor Zavarzin şərh edərək hərbi xidmət zamanı gigiyena qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb.

“Hədəf, saqqalı qırxmaq və ya qırxmamaq deyil. Döyüşdə fasilələr zamanı mümkün olduqca gigiyena qaydalarına riayət etməkdir. Bunun üçün komandirlər hər cür şərait yaratmalıdırlar. Saqqal saxlamaq olar, amma hər şey səliqəli olmalıdır, – Zavarzin deyib.

Azpost.info

Post navigation

Previous: Siyahıya alınan Qərbi azərbaycanlıların sayı
Next: Putin növbəti prezident seçkilərində iştirak edəcəkmi?

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.