“Rusiya Donbas da daxil olmaqla, öz evini və insanlarının həyatını qoruyur”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı bildirib.
“Biz insanların həyatını, evimizi qoruyuruq. Qərbin məqsədi isə sərhədsiz gücdür. Ötən əsrin 1930-cu illərində Almaniyada faşistlərin hakimiyyətə yolunu Qərb açıb. İndi də Ukraynadan anti-Rusiya qurmağa başladılar. Neonasistlər özlərini kimin varisləri hesab etdiklərini gizlətmirlər”, – Putin deyib.
Putinin sözlərinə görə, Qərb üçün əsas məsələ iradəsini həyata keçirməkdir. Onun üçün Rusiyaya qarşı mübarizədə kimin alət olacağının heç bir fərqi yoxdur.
Azpost.info
