“Rusiya özünün elan etdiyi atəşkəşi pozdu”- PENTAQON

“Putin Milad bayramı ilə bağlı birtərəfli atəşkəs elan etsə də, Rusiya hərbçiləri döyüş əməliyyatlarını davam etdirdi”.

Azpost.info xəbər verir ki, bunu Pentaqon rəhbərinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper bildirib.

“Putinin atəşkəslə bağlı bəyanatına gəlincə, sizə deyə bilərəm ki, bu gün biz Ukraynada hərbi əməliyyatları müşahidə edirik, hətta formal olaraq atəşkəs pəncərəsi olsa belə”, – Kuper deyib.

Onun sözlərinə görə, rus qoşunlarının nəfəs almağa və yenidən silahlanmaya ehtiyacı var: “Rusiyanın elan etdiyi atəşkəs bunu reallaşdırmaq üçün kifayət qədər uzun deyil. Yenə də bu, Putinin bəyanatıdır, biz bunu müəyyən qədər skeptisizmlə qəbul etməliyik. Bu, Ukraynanı işğal etməyəcəyini deyən şəxsdir”.

“Atəşkəsi pozanın Rusiya qüvvələri olduğunu söyləmək olarmı” sualına Kuper belə cavab verib: “Təsdiq edə bilərəm ki, hərbi əməliyyatlar davam edir. Və təbii ki, ruslar döyüşür. Beləliklə, bəli, belə demək olar”.

Xatırladaq ki, yanvarın 5-də Putin müdafiə naziri Sergey Şoyquya Milad bayramı zamanı atəşkəs rejimi tətbiq etməyi tapşırmışdı.

Azpost.info

Əvvəlki məqalə

AMEA-da Qərbi Azərbaycan tarixi şöbəsinə müdir təyin olunub

Sonrakı məqalə

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir