“Rusiya prezidenti Vladimir Putin Ukrayna probleminin mümkün həll yollarını müzakirə etmək üçün istənilən təmaslara açıqdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident Ukraynada vəziyyətin nizamlanmasına gətirib çıxara biləcək ideyaları dəstəkləyir”, – Peskov deyib.
Peskovun sözlərinə görə, Rusiya tərəfi üçün Ukrayna problem uzun onilliklər ərzində yetişib: “Ukraynadakı mövcud vəziyyət Rusiya sərhədləri yaxınlığında potensial anti-Rusiya mərkəzinin yaradılması ilə bilavasitə bağlıdır və bu mərkəz xaricdən qidalanır”.
Azpost.info