“Rusiya prezidenti Vladimir Putinin 2023-cü ildə Qazaxıstana gözlənilən səfəri bizim üçün əhəmiyyətlidir”.
Azpost.info xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya səfiri Aleksey Borodavkinlə görüşündə deyib.
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya səfiri Aleksey Borodavkinlə söhbət zamanı Vladimir Putinin bu il Qazaxıstana gözlənilən səfərinin, eləcə də bu ilin payızında Kostanayda 19-cu Regionlararası Əməkdaşlıq Forumunun keçirilməsinin əhəmiyyətini qeyd edib. ”, – Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatında bildirilir.
Görüş zamanı Qazaxıstan-Rusiya hərtərəfli strateji tərəfdaşlığının hazırkı vəziyyəti və perspektivləri də müzakirə edilib.
Azpost.info