“Rusiya Qərbdən, Qərb də dünyadan təcrid olunub” –Berluskoni

“Bəzi Avropa liderlərinin Rusiyanı “Qərb düşərgəsinə” cəlb etmək cəhdlərimi boykot etməsi təəssüf doğurur”.

Azpost.info xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni deyib.

Onun fikrincə, bu təşəbbüs gerçəkləşsəydi, bu gün Avropada vəziyyət başqa cür olardı: “Ukrayna münaqişəsi göstərdi ki, Rusiya Qərbdən, Qərb isə dünyanın qalan hissəsindən təcrid olunub. Bu, həm indi, həm də gələcək üçün narahatedici əlamətdir”.

Keçmiş baş nazirrə görə, Ukraynadakı böhran daha bir acı reallığı ortaya qoyub: “Qərbin cavabı yekdil oldu. Bəs, biz Qərb deyəndə nəyi nəzərdə tuturuq? ABŞ, Avropa və Avstraliya və Yaponiya da daxil olmaqla Birləşmiş Ştatlarla ənənəvi əlaqələri olan Sakit okean regionundakı bəzi ölkələri. Bəs, dünyanın digər ölkələrindən nə cavab gəldi? Demək olar ki, heç nə”.

Nümunə kimi o, Ukraynaya silah tədarük etməsinə baxmayaraq, sanksiyalara qoşulmayan Türkiyəni göstərib: “Türkiyə NATO-da mühüm rol oynamasına baxmayaraq, Rusiya əleyhinə sanksiyalar tətbiq etməkdən imtina etdi”.

Azpost.info

Əvvəlki məqalə

Aldığı divanın altından 36 min dollar tapdı, sahibinə qaytardı –

Sonrakı məqalə

Hadisə İtaliyada 3 gün toy edəcək