ABŞ dronunun Krım üzərində uçuşu hava məkanından istifadə rejiminin ərazisinin sərhədlərini pozaraq transponderlər söndürülməklə həyata keçirilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, pilotsuz uçuş aparatı aşkar edildikdən sonra Rusiyanın növbətçi hava hücumundan müdafiə qüvvələrinin qırıcıları havaya qaldırılıb.
“Qəfil manevr nəticəsində ABŞ pilotsuz uçuş aparatı hündürlüyü itirərək nəzarətsiz uçuşa keçib və su ilə toqquşub. Rusiya qırıcıları ABŞ dronuna qarşı silahdan stifadə etməyib, onunla təmasda olmayıb, sağ-salamat aerodroma qayıdıb”, – deyə Rusiya MN-dən bildirilib.