“Rusiya qazı üçün üçqat qiymət ödəmişik”- Almaniya XİN

“Almaniya Rusiya qazının hər kubmetri üçün üçqat qiymət ödəyib və milli təhlükəsizliyini qurban verib”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

XİN rəhbəri deyib ki, ölkəsi Rusiyanın enerji resurslarından asılılıqdan xilas olmaq qərarına gəlib.

“Təhlükəsizliyi gücləndirmək üçün biz cəmiyyət olaraq xarici təhdidlər qarşısında toparlanmalıyıq. Ona görə də biz Rusiyanın enerji resurslarından asılılığımıza son qoymaq qərarına gəldik. Biz milli təhlükəsizliyimiz hesabına Rusiya qazının hər kubmetrinin qiymətini iki-üç dəfə bahasına ödədik”, – Berbok bildirib.

Azpost.info

Əvvəlki məqalə

Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Sonrakı məqalə

“Cəhənnəm olun, nə İstanbul?!”