Aİ Rusiya qazından imtina etməklə 12 milyard avroya qənaət edib- “Ember Climate”

Avropa İttifaqı Rusiya qazının idxalından imtina etdikdən sonra bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının genişləndirilməsi nəticəsində 12 milyard avroya qənaət edib.

Azpost.info xəbər verir ki, bunu “Ember Climate” analitik mərkəzinin təqdim etdiyi araşdırma ortaya qoyur.

“Genişlənən imkanlar və əlverişli hava şəraiti sayəsində külək və günəş elektrik stansiyaları müharibənin başlanmasından bəri Avropa İttifaqında rekord həcmdə elektrik enerjisi istehsal edib”, – araşdırmada deyilir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, 2022-ci ilin martından 2023-cü ilin yanvar ayının sonuna qədər Aİ 2021-2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz çox külək və günəş enerjisi istehsal edib: “Aİ-də bütün elektrik enerjisinin təxminən dörddə biri (23 faiz) bu mənbələrdən gəlir. Bu, “yaşıl enerji”yə keçiddən bəri ən yüksək göstəricidir. Ümumilikdə, göstərilən aylar ərzində əlavə 50 teravatt-saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 12 milyard avro dəyərində 90 teravatt-saat qaz idxalına uyğundur”.

Azpost.info

 

Əvvəlki məqalə

İcbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası təsdiq edilib

Sonrakı məqalə

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb