“Rusiya qüvvələrini zəif hesab edərək səhv etməməliyik” –NATO Baş katibi

“Rusiya qoşunlarının Xersondan geri çəkilməsi Ukrayna hərbçilərinin inanılmaz cəsarətini, eyni zamanda, bizim davam edən dəstəyimizin döyüş meydanında fərq yaratmasını göstərir”.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq Niderland XİN başçısı Uopke Hoekstra və müdafiə naziri Kaysa Ollonqren ilə birgə mətbuat konfransında deyib.

“Lakin biz eyni zamanda, Rusiya qüvvələrini zəif hesab edərək səhv etməməliyik. Rusiya Silahlı Qüvvələri döyüş imkanlarını özündə saxlayır və şəxsi heyəti çoxsaylıdır. Rusiya artıq əhəmiyyətli itkilər verməyə hazır olduğunu nümayiş etdirib. Biz həm də onların Ukraynada törətdikləri ifrat vəhşiliyi görmüşük. Azad olunmuş ərazilərdəki səhnələri, Rusiyanın heç bir ayrı-seçkilik qoymadan mülki əhalini və vacib infrastrukturu necə bombaladığını görürük. Qarşıdan gələn aylar çətin olacaq. Putinin məqsədi Ukraynanı soyuqda saxlamaq, qaranlığa qərq etməkdir. Ona görə də biz yardımımızı davam etdirməli, bu xətdə qalmalıyıq”, -NATO Baş katibi vurğulayıb.

Əvvəlki məqalə

Şagirdlərin yemək bişirdiyi məktəbin direktoru və təşkilatçısı cəzalandırılıb

Sonrakı məqalə

İslam – İranın təbliğ etdiyi din deyil