“Rusiya rəsmilərinin ailələrinə qarşı sanksiyalar qanunsuzdur” –Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb liderlərini rusiyalı rəsmilərin qohumlarına sanksiyalar tətbiq etdiklərinə görə tənqid edib.

Azpost.info xəbər verir ki, o, bu barədə o, şəxsi “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, dövlət xadimlərinin və deputatların ailələrinə qarşı sanksiyalar qanunsuzdur: “İndi onların modelinə görə, Qərbdə uydurulmuş mifik pozuntulara görə təkcə siyasi hadisələrin iştirakçıları deyil, həm də onların ailələri də məsuliyyət daşıyırlar”.

Medvedev bildirib ki, ailə üzvləri Rusiya siyasətçilərinin heç bir hərəkətinə görə məsuliyyət daşımamalıdır: “Belə çıxır ki, Avropa və Amerika qanunvericiləri qərar veriblərsə, o zaman ailə cavab verməlidir. Tamamilə günahsız olsalar da”.

Azpost.info

Əvvəlki məqalə

Öz yalançı ölümünü təşkil edən iş adamı televizor alarkən tutulub –

Sonrakı məqalə

Ukrayna Hindistandan təhlükəsizliyinə qarant olmağı istəyib