Rusiya rəsmiləri danışıqlar üçün Belarusa gedib –

minsk

Rusiya nümayəndə heyəti ukraynalılarla danışıq üçün Belarusa gedib.

“RİA -Novosti” agentliyinin məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Nümayəndə heyətinə Rusiya Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Prezident Administrasiyası və digər qurumların nümayəndələri daxildir: “Biz Qomeldə bu danışıqlara başlamağa hazır olacağıq”.

Zelenski isə bu günkü video müraciətində görüşün Minsk şəhərində keçirilməsi təklifindən imtina edib. O, Belarusu Rusiyaya hərbi dəstək verməkdə ittiham edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir