İyunun 10-na keçən gecə Rusiya ordusu dronlarla Odessa vilayətinə hücum edib.
Azpost.info xəbər verir ki, nəticədə 3 nəfər ölüb, 26 nəfər yaralanıb.
Bu barədə Odessa Vilayət Hərbi Administrasiyası yanında İctimai Şuranın rəhbəri Sergey Bratçuk məlumat verib. Onun sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri 8 kamikadze-dronu və 2 raketi məhv edib.
Ukraynanın “Cənub” Əməliyyat Komandanlığının məlumatına görə, pilotsuz təyyarələrdən birinin partlaması nəticəsində təyyarənin qalıqları mənzilə düşüb, orada yanğın başlayıb.
Odessa Vilayət Hərbi İdarəsindən bildiriblər ki, Rusiya ordusu Odessaya “Şahed” dronları hücum edib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bəyan edib ki, Rusiya Odessa vilayəti ilə yanaşı, Xarkov və Poltava vilayətlərinə də dron hücumu həyata keçirib. Ümumilikdə, Ukraynanın hərbi və mühüm infrastruktur obyektlərinə səkkiz raket və 35 pilotsuz uçuş aparatı atılıb. İki raket və 20 pilotsuz təyyarə vurulub.
Azpost.info
