Rusiya silahlı birləşməyə qoşulan azərbaycanlı qadını axtarır –

FOTO
11 Mart 2020 - 10:52

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1986-cı ildə Bakı şəhərində doğulan Alina Balakadaşova qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub. (APA)