“Rusiya SSRİ respublikalarının bütün borclarını ödəyib” –

Putin  
27 Fevral 2020 - 20:07

“Rusiya Sovet İttifaqının hüquqi varisi kimi SSRİ respublikalarının bütün borclarını xaricdəki aktivlərinə dəyişməklə ödəyib. Amma heç də bütün keçmiş sovet respublikaları bu aktivləri Rusiyaya təhvil verməyib”.

Azpost.info bildirir ki, bu sözləri prezident Putin Konstitusiyaya düzəlişlərlə bağlı yaradılmış işçi qrupla görüşü zamanı deyib. Konstitusiyaya təklif edilən yeni düzəlişə görə, Rusiya SSRİ və Rusiya İmperiyasının hüquqi varisi sayılır.

Putinin sözlərinə görə, təkcə Ukraynanın borcuna görə, Rusiya 16 milyard dollar ödəyib. Bununla yanaşı Putin Ukrayna SSR-ə verilmiş kreditin hansı valyuta ilə olduğuna aydınlıq gətirməyib.

İşçi Qrup Konstitusiyada SSRİ respublikalarının ödənilən borclarının məbləğinin qeyd olunmasını təklif etsələr də Putin bunu dəstəkləməyib. “Bunu yazmaq lazım deyil”-deyə Prezident vurğulayıb.