“Rusiya 2016-cı ildə başa çatan Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsini (START) əvəz edəcək yeni saziş üzrə dialoqa hazırdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya təhlükəsizliyin təmin edilməsində siyasi-diplomatik üsullardan imtina etmir, lakin onlar bərabər və konstruktiv olmalıdır.
“Rusiya təhlükəsizliyin təmin edilməsinin müxtəlif formalarda və müxtəlif formatlarda həyata keçirilə bilən siyasi-diplomatik üsullarından imtina etmir və heç vaxt da imtina etməyib. Lakin həyat göstərir ki, bu cür üsullar yalnız o zaman səmərəli və həyat qabiliyyətli ola bilər ki, bütün tərəflər həqiqətən bərabər və konstruktiv əməkdaşlığa sadiq olsunlar və əldə edilmiş razılaşmaları vicdanla yerinə yetirsinlər”, – Zaxarova deyib.
Azpost.info
