Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 420 ton humanitar yükün çatdırılmasını təmin edib.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə 20 hərbi və müşayiət maşınlarından ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin karvanı 420 ton yükü Suqovuşan-Kəlbəcər marşrutu ilə (ərzaq, tikinti materialları və qurğuları) Kəlbəcər rayonuna çatdırıb.
“Yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, – deyə Rusiya MN-in məlumatında qeyd olunub.
Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə təxminən 2800 tondan çox yük daşınıb.